İngiltərə mətbuatında “Arsenal"la bağlı yeni transfer xəbəri yayılıb. Futbolinfo.az xəbər verir ki, “topçular”ın indi də “Milan”ın gənc qolçusu Stefan El-Şaaraviyə “elçi” düşdüyü vurğulanıb.

Qışda hücum xəttini mütləq gücləndirməyi hədəfləyən “Arsenal”  London təmsilçisi "Milan"ın forvardı Əl Şaaravini heyətinə qatmaq istəyir. Paytaxt təmsilçisi 21 yaşlı futbolçunun transferi üçün maksimum 30 milyon avronu gözdən çıxarıb.

Qeyd edək ki, Əl-Şaaravi ilə Almaniyanın "Borussiya" (Dortmund) klubu da yaxından maraqlanır.

Shares: