Amerika Birləşmiş Ştatlarında keçirilən nüfuzlu “Vaşinqton Open” turniri başa çatıb.

Kişilərin final matçında ATP reytinqində 10-cu pillədə qərarlaşan amerikalı Teylor Fritslə sıralamada 24-cü yeri tutan ispaniyalı Rafael Xodar qarşılaşıb. 1 saat 48 dəqiqə davam edən görüşün ilk setində ABŞ təmsilçisi tay-brekdə uğur qazanıb. Fasilədən sonra Teylorun işi bir qədər də asanlaşıb. Bu dəfə Frits Xodardan 6:4 hesabı ilə üstün olub.

Beləliklə, iki setdə uğur qazanan Teylor karyerasında 11-ci titulunu qazanıb. Görüş ərzində Teylor 2, Xodar isə cəmi 1 breykdən yararlana bilib.

4a8e862a 9fd6 42d2 a21c 36f6e294da5a - Futbolinfo.az

Qadınların final görüşündə isə sürpriz nəticə qeydə alınıb. WTA reytinqində 3-cü yeri tutan amerikalı Cessika Pequla həmyerlisi Teylor Frits kimi ümidləri doğrulda bilməyib. O, 28-ci sırada qərarlaşan filippinli Aleksandra Eala ilə bacarmayıb. Hərçənd ki, ilk hissədə Cessika daha xoş təsir bağışlayıb. Ancaq bu bölümü 6:4 hesabı ilə öndə başa vuran Pequla fasilədən sonra eyni hesabla uduzub. Həlledici bölümdə isə Cessika ümumiyyətlə geym qazana bilməyib.

Beləliklə, 9 breyk imkanının 5-ni reallaşdıran 21 yaşlı Aleksandra Eala karyerasında ilk titiulunu qazanıb.

cfe43514 0efc 40f1 87aa 78d640ac4496 - Futbolinfo.az
Shares: