İngiltərənin “Fulhem” klubu Madrid təmsilçisi “Real”dan yarımmüdafiəçi Sesar Palasiosu transfer edib.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə müqavilənin müddəti daha bir mövsüm uzadılmaq şərti ilə 2031-ci ilə qədər nəzərdə tutulub.

Xarici mediada yer alan məlumatlara əsasən, keçidin məbləği 10 milyon avro təşkil edib. “Real” futbolçunun növbəti satışının 30 faizini özündə saxlayıb.

Qeyd edək ki, S.Palasios 2025/2026 mövsümündə La Liqada 5 görüş keçirib, həmçinin UEFA Çempionlar Liqası və İspaniya Kubokunun 1 matçında əvəzləmədən meydana çıxıb. “Transfermarkt” portalı futbolçunun dəyərini 7 milyon 500 min avro qiymətləndirir.

Daha öncə “Real”ın hücumçusu Qonsalo Qarsiya da “Fulhem”ə keçmişdi.

Shares: