Madrid "Real"ının lideri Kriştianu Ronaldo keçmiş baş məşqçisi Joze Mourinyo haqda danışıb. Futbolinfo.az xəbər verir ki, "A Bloa TV"ə açıqlama verən forvard Mou ilə arasındakı soyuqluğun keçdiyini və onunla bir gün yenidən işləmək istədiyini bildirib:
"Mən hər kəsi bağışlaya bilərəm, Mourinyonu da. Onunla heç bir zaman problemim olmayıb. Mən heç kəs haqda pis sözlər söyləməmişəm. Mourinyo ilə gələcəkdə yenidən çalışa bilərəm. Aleks Ferqyuson, Manuel Pelleqrini və Mourinyo kimi məşqçilərdən çox şey öyrənmişəm".
Qeyd edək ki, daha əvvəl Mou Ronaldonun özündən razı olmaqda ittiham etmişdi.





