Milli Basketbol Assosiasiyasında (MBA) yeni mövsüm oktyabrın 20-də başlanacaq.
Çempionatın açılışında “Detroyt Pistons” “Boston Seltiks”i, “Nyu-York Niks” “Filadelfiya Siksers”i, “San-Antonio Spörs” isə “Oklahoma-Siti Tander”i qəbul edəcək.
Qeyd edək ki, ötən mövsüm MBA finalında “Nyu-York Niks” və “San-Antonio Spörs” qarşılaşıb. Beş oyundan sonra Nyu-York təmsilçisi seriyada qalib gəlib. Bu, “Niks”in tarixində üçüncü çempionluğu və 1973-cü ildən sonra qazandığı ilk titul olub.
