MotoGP rəhbərliyi futbol nümunəsində olduğu kimi, pilotlarla müqavilə imzalamaq üçün transfer pəncərəsinin tətbiqini nəzərdən keçirir.

Bu məsələ Silverstoundakı paddokda keçirilən IRTA İdarə Heyətinin iclasında əsas müzakirə mövzularından biri olub. Təklifə əsasən, komandalar pilotlarla müqavilə bağlamaq üçün müəyyən edilmiş müddət ərzində razılaşmaları rəsmiləşdirə biləcək və bu tarixlərdən kənarda imzalanan müqavilələr etibarsız sayılacaq.

Müzakirələrə səbəb 2027-ci il mövsümü üçün pilotlar bazarının çox erkən başlaması olub və yay fasiləsinə qədər start cədvəlindəki yerlərin təxminən 80 faizi artıq müəyyənləşib. “Yamaha” ideyanı mümkün və faydalı hesab etsə də, “Dukati” bu təşəbbüsə şübhə ilə yanaşır və belə sistemin tətbiqinin olduqca çətin olacağını düşünür.

Shares: