Robert Levandovski gələn ay "Bavariya"ya transfer olunacaq. Futbolinfo.az xəbər verir ki, belə bir iddia ilə İtaliya mətbuatı çıxış edib.

Dortmund “Borussiya”sının qolçusu haqda uzun müddətdi şayələr dolaşsa da, İtaliya mediası bu dəfə mənbənin etibarlı olduğunu vurğulayıb. Onun Münhendəki illik maaşının 11 milyon avro olacağı gözlənilir.

Qeyd edək ki, Robert ötən ildən bəri “pivəçilər”in transfer siyahısında olsa da, “Borussiya” forvardı buraxmaq istəmir.
 

Shares: