Məşhur serbiyalı basketbolçu Nikola Kaliniç 34 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Kaliniç bundan sonra iki il “Srvena Zvezda”da baş məşqçinin köməkçisi kimi çalışacaq və paralel olaraq məşqçilik təhsili alacaq. O, 2024-cü ildə “Barselona”dan qayıtdığı “Srvena Zvezda”da oyunçu karyerasını başa vurub.

Kaliniçin ən uğurlu dönəmi 2015-2020-ci illərdə “Fənərbağça”da keçib və həmin müddətdə Jelko Obradoviçin rəhbərliyi altında 2017-ci ildə Avroliqa çempionluğu, üç Türkiyə çempionluğu və üç ölkə kuboku qazanıb. Nikola Avroliqada 400-ə yaxın oyun keçirib, 2025/26 mövsümündə isə orta hesabla 5,8 xal, 3,5 ribaund və 1,8 məhsuldar ötürmə ilə çıxış edib.

Shares: