“Qarabağ”la 1 illik müqaviləm var və hazırda bu komandanın futbolçusuyam. Başqa təkliflərin olub-olmamasından xəbərim yoxdur”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç deyib.
Yankoviç Misli Premyer Liqasının ilk turunda evdə “Şamaxı” üzərində 3:1 hesablı qələbəni də dəyərləndirib: “Çempionatdakı ilk oyunumuzda qələbə qazanmaq bizim üçün çox vacib idi. Qarşıya qoyulan vəzifənin öhdəsindən gəldik. Matç ərzində həm səhvlərə yol verdiyimiz, həm də yaxşı alındırdığımız epizodlar oldu. Əsas məqsədimiz Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” komandasına qarşı keçirəcəyimiz oyunlar öncəsi özümüzə inamı bərpa etmək idi. Buna nail olduğumuzu düşünürəm. Səhvlərimiz olsa da, ən əsası, matçı qələbə ilə başa vurduq”.
Monteneqrolu futbolçu “Qarabağ”ın Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq şanslarını da şərh edib: “Komandaya neçə faiz inandığımı deməyim düzgün olmaz. Sözsüz ki, öz gücümüzə inanırıq. Bunu daha əvvəl böyük klublara qarşı qazandığımız qələbələrlə də sübut etmişik. Əgər inamımız olmasaydı, səfərə getməyin də mənası olmazdı, elə Bakıda qalardıq. Biz Niderlanda inanaraq gedirik. Qarşıda bizi güclü komandanın gözlədiyini bilirik. Buna baxmayaraq, özümüzə və komandamıza inanırıq”.
GÜNAY SÜLEYMANOVA
