İqa Şvöntek Sinsinnatidə keçirilən “Masters” turnirində yarımfinala yüksəlib. Polşalı tennisçi 1/4 finalda Yelena Rıbakina ilə qarşılaşıb və qazaxıstanlı tennisçi ayağındakı zədə səbəbindən hesab 1:4 olarkən mübarizəni dayandırıb.
Bu, Şvyontekin ardıcıl 10-cu qələbəsi olub. İqa karyerasında 24-cü dəfə WTA 1000 turnirinin yarımfinalına yüksələrək Viktoriya Azarenka ilə bu göstəricini bölüşüb.
Şvyontek həmçinin Açıq Era tarixində Sinsinnatidə ardıcıl dörd dəfə yarımfinala yüksələn ilk tennisçi olub. O, 2023–2026-cı illərdə bunu bacarıb və bu göstəricidə Simona Halepin 2015–2018-ci illərdəki nəticəsini təkrarlayıb.
Yarımfinalda turnirin son qalibi olan Şvyontek dünya üçüncüsü Cessika Pequla ilə qarşılaşacaq. Pequla 1/4 finalda Amanda Anisimovanı məğlub edib.
