“Çelsi”nin hücumçusu Joao Pedro klubla yeni müqavilə imzalayıb.

Futbolinfo.az xəbər verir ki, London təmsilçisi 24 yaşlı futbolçu ilə sözləşməni 2034-cü ilin yayına qədər uzadıb.

Bu haqda “Çelsi”nin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı forvard 2025-ci ilin yayından “Çelsi”də çıxış edir. O, bu müddətdə bütün turnirlərdə 53 oyuna çıxıb, 23 qol vurub və 9 məhsuldar ötürmə edib.

Azarkeşlər Pedronu ötən mövsüm komandanın ən yaxşı futbolçusu seçiblər.

Shares: