İtaliyanın “Milan” klubu Mario Balotellinin satışa çıxarıldığı barədə yayılan xəbərlərə rəsmi münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, rəhbərlik xəbərlərin əsassız olduğunu və hücumçunun qətiyyən satılmadığını qeyd edib:
"Kim nə deyir desin, “Milan” Balotellini satmır. O “Milan”ın oyunçusu olub və elə də qalacaq”.
Balotelli bu ilin yanvarından “Milan”da çıxış edir.





