Avroliqa və Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti Avroliqanın Superkubokunun yaradıldığını açıqlayıb.
İlk turnir Yas adasındakı “Etihad Arena”da keçiriləcək və yeni Avropa basketbol mövsümünün açılışını edəcək. Yarışda son Avroliqa çempionu “Olimpiakos”, 2025-ci ilin qalibi “Fənərbağça”, 2026-cı ilin finalçısı “Real” və ev sahibi ölkəni təmsil edən “Dubay” iştirak edəcək.
Yarımfinalda sentyabrın 18-də “Olimpiakos” “Fənərbağça” ilə, “Dubay” isə “Real”la qarşılaşacaq. Üçüncü yer uğrunda oyun sentyabrın 19-da keçiriləcək, ilk Superkubokun finalı isə həmin gün axşam baş tutacaq.
