Milli Hokkey Liqasının hakimi Qarrett Rank həvəskarlar arasında qolf üzrə Kanadanın 4 qat çempionu olub.

38 yaşlı referi ötən cümə günü Ontario əyalətinin Brantford şəhərindəki qolf klubunda keçirilən turnirdə çempionluq sevinci yaşayıb.

Bu, Rankın karyerasında 4-cü çempionluğudur, o, daha əvvəl 2014-2016-cı illərdə ardıcıl üç dəfə turnirdə qalib gəlib. Bundan başqa, kanadalı 2012-ci ildə tələbələr arasında ölkə çempionu olub.

Rank bildirib ki, 10 illik fasilədən sonra qazandığı bu qələbə onun üçün böyük şərəfdir və bu günü ömrünün sonuna qədər xatırlayacaq.

O, MHL oyunlarını 2015-ci ilin yanvarından idarə edir və ötən mövsüm “Karolina” ilə “Veqas” arasında Stenli Kubokunun final seriyasında çalışan əsas hakimlərdən biri olub.

Shares: