İtan Nvaneri Bakıya gələ bilər. Dortmund “Borussiya”sı onu icarəyə götürmək üçün “Arsenal”la razılaşmaq üzrədir.

19 yaşlı Nigeriya əsilli ingiltərəlinin londonlularla 2030-cu ilin yayınadək müqaviləsi var. “Topçular” ötən mövsüm Marsel “Olimpik”ində icarədə olan yetirməsini indi də Almaniyaya göndərməklə oyun təcrübəsi qazanmasını istəyir.

Dortmundlular onu birdəfəlik ala bilməyəcək. Çünki anlaşmada birdəfəlik transfer haqqında bənd yoxdur. Nvaneri icarə müddəti bitən kimi “Arsenal”a qayıtmalıdır.

Xatırladaq ki, hər iki komanda “Sabah”ın Çempionlar Liqasındakı rəqibidir. “Borussiya” təmsilçimizlə Bakıda qarşılaşacaq.

Shares: