İngiltərənin “Kristal Pelas” klubu “transfer pəncərəsi”nin son günündə heyətinə 4 milli üzvü cəlb edib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, London təmsilçisi Ben Çiluell, Kvinten Timber, Dario Osorio və Onest Aanorın keçidini rəsmiləşdirib.

Fransanın “Strasburq” klubundan “Çelsi”nin və İngiltərə millisinin sabiq müdafiəçisi Ben Çiluell, Marsel “Olimpik”indən isə Niderland yığmasının yarımmüdafiəçisi Kvinten Timber komandaya tamhüquqlu transfer olunublar.

Danimarkanın “Midtyulland” klubundan Çili millisinin vingeri Dario Osorio və İtaliyanın “Atalanta” komandasından bu ölkə yığmasının müdafiəçisi Onest Aanor isə icarə əsasında “Kristal Pelas”ın heyətinə qoşulublar.

D.Osorionun keçidində satınalma şərti də nəzərdə tutulub. O.Aanor isə cari mövsümün sonunda “Çelsi”nin futbolçusu olacaq.

Shares: