Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində 6 pillə irəliləyərək 29-cu sıraya yüksəlib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Çimərlik Futbolu Federasiyası (BSWW) məlumat yayıb.

Yığma 379,25 xalla dünyada 29-cu, Avropada isə 12-ci pillədə qərarlaşıb.

Əvvəlki reytinqdə Azərbaycan yığması dünyada 35-ci, Avropada isə 13-cü pillədə yer almışdı.

Shares: