“US Open”də qadınların yarışında ikinci mərhələnin oyunları keçirilir.

WTA reytinqinin lideri Arina Sabalenka rusiyalı Polina Yatsenko ilə görüşüb. Cəmi 54 dəqiqə davam edən matçda belaruslu tennisçi favorit statusunu doğruldub. 4 qat “Dəbilqə” çempionu rəqibini hər iki setdə 6:1 hesabı ilə məğlub edib. Sabalenka görüş ərzində 8 breyk imkanı əldə edib və bunların 6-nı reallaşdırıb. 1/16 finalda Arina özbəkistanlı Kamilla Rahimova ilə qarşılaşacaq.

Ukraynalı Marta Kostyuk da 1/32 finalı uğurla adlayıb. O, amerikalı Sloan Stivensin müqavimətini 1 saat 27 dəqiqəyə qıra bilib. İlk setdə rəqibindən 6:1 hesabı ilə üstün olan Marta fasilədən sonra bir qədər çətinlik çəkib. Amma Kostyuk bu seti də 7:5 hesabı ilə öz xeyrinə başa vurub. Oyun ərzində ukraynalı raketka ustası 8 eys və 4 breyklə yadda qalıb.

Reytinqdə 3-cü yeri tutan amerikalı Cessika Pequla həmyerlisi Sofiya Keninin müqavimətini asanlıqla qırıb. 57 dəqiqə davam edən matçın ilk hissəsində 6:3 hesabı ilə uğur qazanan Pequla fasilədən sonera ümumiyyətlə rəqibinə cəmi 1 geym qazanmağa imkan verib.

Rusiyalı tennisçi Diana Şnayder də günü qələbə ilə başa vurub. O, çexiyalı Karolina Plikovanı hər iki setdə məğlubiyyətə uğradıb – 6:1, 7:6.

Shares: