"Neftçi"nin Türkiyə toplanışı zamanı qarşılaşacağı daha bir rəqibin adına aydınlıq gəlib. Futbolinfo.az xəbər Azərbaycan çempionu qardaş ölkə təmsilçisi "Fənərbaxça" ilə yoxlama oyunu keçirəcək.
Bu barədə İstanbul nəhənginin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, qarşılaşma yanvarın 17-də Antalyadakı "Mərdan" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Hələlik, "Neftçi" düşərgəsindən Super Liqanın lideri ilə qarşılaşacaqlarına dair xəbəri təsdiqləməyiblər.
Xatırladaq ki, Nazim Süleymanovun yetirmələri yanvarın 15-də Albaniya "Partizan"ı, ayın 19-da isə Qazaxıstan "Aktobe"si ilə qarşılaşacaq.





