Dünya futbolu

Premyer Liqada antirekord

ingiltere premyer liqaaa - Futbolinfo.az

2026/27 mövsümündə İngiltərə Premyer Liqasında ilk üç turdan sonra görünməmiş antirekord qeydə alınıb.

Mövsümün ilk üç oyununda “Aston Villa”, “Koventri” və “Tottenhem” komandalarının heç biri qol vura bilməyib. İngiltərə çempionatının yüksək divizionunda 138 ildən sonra ilk dəfə bir mövsümün ilk üç turunda eyni vaxtda üç komanda qolsuz qalıb.

Maraqlıdır ki, “Aston Villa” 17-ci, “Tottenhem” 18-ci, “Koventri” isə 20-ci pillədə qərarlaşıb. Hər üç komandanın vurulan və buraxılan qollarının nisbəti də eynidir – 0:5.

Shares: