İtaliyanın “İnter” klubu hücumçusu Françesko Pio Espozito ilə müqavilənin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
2005-ci il təvəllüdlü hücumçunun 2032-ci il iyunun 30-dək “neradzurri”nin heyətində çıxış edəcəyi bildirilib.
Qeyd edək ki, 21 yaşlı forvard İtaliya A Seriyasının 2026/2027 mövsümündə meydana çıxdığı 3 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Keçirdiyi 2 matçda 9 xal toplayan “İnter” İtaliya çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Milan klubu ölkənin son çempionudur.

