Azərbaycan U-21 milli komandasının üzvü, müdafiəçi Slavik Alxasovun növbəti iki il müddətinə "Xəzər Lənkəran"da çıxış edəcəyi barədə xəbəri vermişdik. Futbolinfo.az xəbər verir ki, artıq bu barədə klubun rəsmi saytı da məlumat yayıb.
 
Məlumatda bildirilir ki, tərəflər bu gün 2 illik müqavilə imzalayıblar. 2010-cu ildən etibarən "Sumqayıt"ın şərəfini qoruyan 20 yaşlı futbolçunun klubua keçidi bu gün rəsmiləşib. O, müqavilə ilə "Neftçi"yə məxsus olsa da, paytaxt klubu futbolçusunun azad agent kimi başqa komandaya keçməsinə şərait yaradıb.
Shares: