Türkiyə millisinin və “Fənərbaxça”nın əvəzedilməz futbolçularından olan Semih Şəntürk klubunu dəyişib. Futbolinfo.az xəbər verir ki, İstanul klubundan ayrılan “növbətçi qolçu” “Antalyaspor”la anlaşıb.
Son iki mövsümsə “sarı-lacivərdlilər”in əsas heyətində yer ala bilməyən və əvəzedici komandaya göndərilən 30 yaşlı hücumçu mövsümün ikinci dövrəsindən etibarən Antalya təmsilçisinin formasını geyəcək.
Semih “Fənərbaxça” ilə mövsüm sonuna qədər davam edən müqaviləsi qarşılıqlı olaraq ləğv edilib. Semih “Antalyaspor”la 1.5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Şəntürk 2001-ci ildən “Fənər”in əsas heyətində çıxış edirdi.





