Topaz Premyer Liqasının autsayderlərindən olan “Rəvan” legionerləri Sohib Savankulov və Fredrix Holsterlə vidalaşdıqdan sonra Kamil Nurəhmədovla da yollarını ayırıb. Bu barədə futbolinfo.az saytına Nurəhmədov özü məlumat verib:
"Bu barədə klubun vitse-prezidenti ilə söhbətimiz oldu. O, mənə komandadan ayrıla biləcəyimi dedi. Düzdü, müqaviləmin başa çatmasına 6 ay qalmasına baxmayaraq, komandadan ayrıldım. Təlim-məşq toplanışına "Rəvan"la yollanmayacam. Fikrimcə, baş məşqçi mənə inanmırsa, o komandada qalmağımın mənası yoxdu. Başqa klublardan təkliflər var. İnşallah, bir həftəyə hər şeyə aydınlıq gələcək".
Qeyd edək ki, Kamil buna qədər “Neftçi” və “Sumqayıt” klublarında çıxış etmişdi.





