Xəbər verdiyimiz kimi, "Rəvan" növbəti baş məşqçi dəyişikliyinə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, Bakı klubu baş məşqçi postuna Güvenç Kurtarı gətirir.
 
Türkiyəli mütəxəssis bu barədə Türkiyə mətbuatına müxtəlif açıqlamalar verməyə davam edir. Kurtar hətta "Rəvan"ın onu necə tapmasını da açıqlayıb:
 
TRT 3 kanalında yayımlanan "Birə-bir" proqramını izləyiblər. Verilişdə dediklərim onların xoşuna gəlib. Yəqin ki, sözlərim onlara təsir edib. Təəssüf ki, bu sözlərə Türkiyədə əhəmiyyət verən olmadı. Deməli mənim proqramım İngiltərədə izlənsə, oradan da təklif gələrdi".
Shares: