Bir müddət öncə Zöhrab Əliyevin "Simurq"dan qovulması barədə xəbər vermişdik. Bu mövzuda hər iki tərəfin münasibətini öyrənsək də, onun klubdan niyə kənarlaşdırılmasını dəqiq aydınlaşdıra bilməmişdik.
 
Amma futbolinfo.az onun Zaqatala klubundan gedişinin səbəbini aşkara çıxarıb. Belə ki, Əliyev klubdan futbolçulara yalnış bilet aldığı üçün uzaqlaşdırılıb. O, legionerlərin qış fasiləsində ölkələrinə yollanmaq üçün səfər biletlərini səhv salıb və klub əlavə xərcə düşüb. Buna əsəbləşən klub rəhbərliyi "Simurq"un menecerini işindən azad edib.
Shares: