"İnter"in baş məşqçisi Kaxaber Sxadadze daha bir futbolçusunu Türkiyəyə aparmayıb. Futbolinfo.az xəbər verir ki, Elhad Nəziri komandayla birgə Antalyaya yollanmayıb.
Bu isə bir müddət milliyə də çağırılan Elhadın artıq "İnter"dən ayrılacağını göstərir. Çox güman ki, futbolçu yeni klub axtarışına başlayıb. Cari mövsüm ərzində adı 2 dəfə oyunun iştirak ərizəsinə salınan Nəziri "İnter"ə Rumıniyanın "Petrolul" klubundan transfer edilmişdi.
Qeyd edək ki, bundan başqa gürcü mütəxəssis daha bir neçə futbolçunun xidmətindən imtina edib. Belə ki, "bankirlər" Daniel Genov, İlço Naumoiski, Flavio Bek, Joao Paulo və Ramil Mansurovla yolları ayırmışdı.





