İspaniyanın "Atletiko" (Madrid) klubunun qapıçısı Tibo Kurtuanın “Çelsi”də oynamaq istədiyini deyib. Futbolinfo.az xəbər verir ki, bu haqda onun atası mətbuata danışıb.
O, 21 yaşlı qolkiperin xüsusilə "Barselona"ya transfer olmaq fikrinin olmadığını deyib: "Kataloniya klubunun Ter Steqenlə maraqlanması Tibonu əsəbiləşdirmədi. Çünki o, "Barselona"ya getməyi heç vaxt düşünməyib. Onu iki klub maraqlandırır: "Çelsi" və "Atletiko". Amma biz ilk seçim olaraq "Çelsi"ni düşünürük".
Xatırladaq ki, Kurtuanın transfer hüququ “Çelsi”yə məxsusdu. O, “Atletiko”da icarə əsasında çıxış edir.





