Yayda Rumıniyanın "Petrolul" klubundan Bakı "İnter"inə transfer olan Elhad Nəziri komandayla birgə Antalyaya yollanmayıb. Futbolinfo.az saytına açıqlamasında Nəziri Türkiyəyə yollanmamasının səbəbini belə izah edib:
"Bu, baş məşqçinin qərarıdı. Aparmadısa, deməli, belə məsləhət olub. Formada qalmaq üçün əvəzedici heyətlə məşq edirəm. Mövsüm ərzində 2 klub dəyişdiyim üçün komandada qalmağa məcburam. Mövsüm başlayandan zədəli olmağım, komandaya xeyir verə bilməməyim buna səbəb oldu. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Mən "İnter"dən istəsəm də, gedə bilmərəm. FİFA-nın qaydalarına əsasən mövsüm ərzində 2 klub dəyişdiyim üçün müqavilə müddətinin bitməsini gözləyəcəm. Əgər alınsa, başqa klublarla danışıq aparmaq olar. Sxadadze məni əsas heyətə qaytarmaya da bilər. Məşqçinin bu fikrinə hörmətlə yanaşıram. Mən də bundan bir nəticə çıxararam. Təbii ki, hər bir baş məşqçi komandaya xeyir verən futbolçunu meydana buraxmaq istər".





