Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycan və Çexiya yığmaları arasında bu gün keçirilmiş oyundan sonra rəqib komandanın baş məşqçisi Miroslav Soukup fikirlərini paylaşıb. Futbolinfo.az xəbər verir ki, o, 2 cavabsız qolla qalib gəldikləri görüşü belə şərh edib:
“Azərbaycan yığmasının turnirdəki ilk oyununu izləmişdik. Yaxşı müdafiə və hücum qurmaq baxımından təhlükəli yarımmüdafiə xəttinə malik komanda olduğunu bilirdik. Nə qədər çətin olsa da, qol vurmağı bacardıq. Futbolda isə qələbəni qol vuran qazanır. Ötən oyunla müqayisədə bu gün daha yaxşı oynadıq”.





