Antalyada təlim-məşq toplanışına start verən "İnter" transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, artıq "bankirlər"in düşərgəsinə yeni bir futbolçu gəlib.
Belə ki, 28 yaşlı braziliyalı müdafiəçi Matius bakılıların toplanışında baxışdan keçir. Yaxın günlərdə onun haqqında yekun qərar veriləcək.





