Son günlər Avropa, xüsusilə də İspaniya mətbuatında “Barselona”nın Lionel Messini satmaq qərarına gəldiyi haqda iddialar dolaşmağa başlayıb. Futbolinfo.az iddialara əsasən xəbər verir ki, klub prezidenti Sandro Rosell Leonu satmaq fikrinə düşüb.
 
O, bu yolla böyük gəlir əldə etmək arzusundadı. Lakin Rosell bir müddət də gözləyib oyunçunun qiymətinin bir az da artmasına ümid edir. Onun könlündən keçən rəqəmin 200 milyon avro olduğu bildirilir.
 
“Barsa”nın Messini satmaq qərarına gəlməsində iki amil əsas götürülüb. Birincisi Leo son vaxtlar maaş artımı tələb edərək, komandası üçün yox, pul üçün oynadığını göstərir. İllik 25 milyon avro maaş tələb edən argentinalı bununla katalonların büdcəsində böyük ziyan vura bilər. Bəzi mənbələr isə Messinin maaş artımını sırf Kriştianu Ronaldodan (illik 21 milyon avro) geri qalmaq istəmədiyinə görə tələb etdiyini yazır. Ötən günlərdə onun maaş məsələsində vitse-prezident Fausla söz duelinə çıxması da bunu təsdiq edir.
İkinci amil isə Messinin yoxluğunda da “Barselona”nın əvvəlki kimi güclü olduğu nəzərə çarpır. Belə ki, 2 aydı zədəli olan Messi meydana çıxa bilmir. Lakin Katalaoniya klubu qələbələri sıralamqda davam edir.
Shares: