Almaniyanın “Bayer” klubunda işlər olduqca yolunda gedir. Bunu görən rəhbərlik baş məşqçi Sami Hyupyanın müqavilə müddətini artırmaq qərarına gəlib. Futbolinfo.az xəbər verir ki, klub rəsmisi Rudi Föller Hyupyanın işindən artıqlaması ilə razı qaldıqlarını və onun sözləşməsini yeniləmək istədiklərini deyib.
 
Qeyd edək ki, “Liverpul”un sabiq stopperi “Bayer”i Çempionlar Liqasının 1/8 finalına çıxarıb. Leverkuzen təmsilçisi bundesliqada isə ikinci pillədə mübarizəni davam etdirir.
Shares: