“Arsenal”da daha bir itki yaşanıb. Futbolinfo.az xəbər verir ki, zədəsini təzəcə sağaltmış Teo Uolkott yenidən həkim nəzarətinə götürülüb.
 
Almaniya mətbuatının xəbərinə görə, buna səbəb ingilis qolçunun Federasiya Kubokunda “Tottenhem”lə matçda zədələnməsidi. Uolkot 1 aya yaxın yaşıl meydanlardan uzaq qalacaq. 24 yaşlı futbolçu diz bağlarından xəsarət alıb. Sözügedən matçdan sonra da onun zədələndiyi açıqlansa da, dəqiq məlumat dünənki müayinədən sonra verilib.
Shares: