Birinci dövrəni 3-cü pillədə başa vuran "Neftçala" hazırlıqlara start verib. Futbolinfo.az xəbər verir ki, komanda artıq dünəndən məşqləri bərpa edib. Bu barədə saytımıza açıqlamasında komandanın baş məşqçisi Bəhram Şahquliyev məlumat verib:
"Artıq dünəndən məşqlərə başlamışıq. Gündə bir məşqlə davam edirik. Heç bir xarici ölkəyə getməyəcəyik. Bu, bizim üçün problem deyil. Sadəcə, komandaya baxışa gələn futbolçulardan ötrü qalmalı olduq. Konkret olaraq kimlərin gedəcəyini demək istəməzdim, amma 7-8 futbolçuyla yollarımız ayrılacaq. Gələnlər də onların yerini doldurcaq. Əsasən hücumda problemimiz var. Bu mövqeyi gücləndirməyə çalışacağıq. Bir neçə legionerimiz də olacaq. Konqo və Gürcüstandan futbolçular gələcək".
Bundan başqa baş məşqçi komandanın ilk dövrədəki çıxışını da dəyərləndirib: "Komandanın 1-ci dövrədəki çıxışını normal qiymətləndirərdim. Turnir cədvəlinin hazırkı lideri "Araz Naxçıvan" üzərində qələbə qazandıq. Ümumi götürəndə yaxşı oynamışıq. Lakin bəzi səhvlərimiz olub. İndiki durumumuzu pis hesab etmirəm".





