“Neftçi”nin gənc futbolçusu Elşən Abdullayev klubun rəsmi rəsmi saytına açıqlama verib. Futbolinfo.az sizi həmin açıqlama ilə tanış edir:
“İcarə əsasında “Sumqayıt” klubunda çıxış etməklə oyun təcrübəmi daha da artırdım. Bir çox oyunda start heyətində meydana çıxmağım mənim üçün faydalı oldu. Amma əsas məqsəd bu təcrübədən yararlanaraq “Neftçi”nin əsas heyətində möhkəmlənməkdi. Artıq doğma komandamın düşərgəsindəyəm. Məşqlərimizi davam etdiririk. Bizdən öncə də Araz Abdullayev, Cavid İmamverdiyev, Mirhüseyn Seyidov, Elvin Yunuszadə, Tərlan Quliyev və Emin Mehtiyev kimi gənc futbolçular əsas komandaya cəlb olunmuşdu. İndi isə növbə bizimdi”.





