Daha bir komandamız qış təlim-məşq toplanışı üçün Antalyaya səfər edib. Futbolinfo.az xəbər verir ki, artıq "Simurq" da Antalyadadı.
 
Belə ki, Zaqatala klubu bu səhər saat 8:00-da qardaş ölkəyə yola düşüb. Artıq mənzil başına çatan komanda ilk məşqinə bu gün çıxacaq. Antalyananın Side bölgəsində yerləşən "Sueno" otelində məskunlaşacaq Zaqatala təmsilçisinin burada dörd yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub. Yanvarın 26-da isə Georgi Çixradzenin yetirmələri vətənə qayıdacaq və hazırlıqları doğma arenada davam etdirəcək.
Shares: