İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Nemanya Vidiç qarşıdakı illərdə burada forma geymək niyyətində deyil. Futbolinfo.az xəbər verir ki, stopperin meneceri Silvano Martina agentinin “qırmızı şeytanlar”la müqaviləsini yeniləməyə müsbət yanaşmadığını deyib.
 
Onun sözlərinə görə, 32 yaşlı oyunçu başqa təklifləri qiymətləndirməyi düşünür: "Vidiç üçün gələn bir çox təklif var. Onsuz da yaxşı bir futbolçudu və özünə komanda tapmaqda çətinlik çəkməyəcək. Bu an üçün dəqiq bir şey yodu. Ancaq Vidiçin “M.Y.”də qalmaq düşüncəsi də yoxdu.
 
Menecer serbiyalının “Napoli”yə gedəcəyi barədəki xəbərlərə də toxunub: "Bizə “Napoli”dən hər hansı təklif gəlməyib. Amma “Napoli”ni Avropanın ən yaxşı klubları arasına daxil etdiyi üçün klub prezidenti Aurelio da Laurentis və idman direktoru Rikkardo Biqonu təbrik etmək istəyirəm".
 
Xatırladaq ki, son dövrlər əsas heyətdən kənar qalan Vidiçin müqaviləsi mövsümün sonunda bitir.
Shares: