"Sumqayıt"ın qapıçısı Anar Nəzirov komandadan gedir. Futbolinfo.az xəbər verir ki, o, karyerasını Premyer Liqamızın digər klubunda davam etdirmək istəyir.
Yığmamızın da şərəfini qoruyan bu qapıçının xidmətində "Bakı" maraqlıdı. Məlum olduğu kimi, paytaxt klubu millimizin digər və əsas qapıçısı Kamran Ağayevi transferə çıxarıb. Bu üzdən də "zolaqlılar" onun boşaldacağı yeri autsayder "Sumqayıt"ın qapıçısı hesabına doldurmaq fikrindədi.
Əldə etdiyimiz məlumata görə, bu, təklif Nəzirovun da ürəyincədi. Bunun üçün də hazırda Anar "Sumqayıt"dan ayrılmağa çalışır.





