"Araz Naxçıvan"ın baş məşçisi Əsgər Abdullayevin futbolinfo.az saytına müsahibəsi
– Komandanızın ilk dövrədəki çıxışını necə dəyərləndirərdiz?
– Komandanın normal çıxış etdiyini deyə bilərəm. "Araz Naxçıvan"ın yaranacağına şübhə ilə yanaşanlar vardı. Bütün bunlara baxmayaraq, komanda yaradıldı. Komandaya gəlmək istəməyənlər vardı. Bütün bunları nəzərə alsaq, indiki nəticəmiz normaldı.
– İlk dövrədə sizi narahat edən hansı çatışmazlıqlar vardı?
– Çatışmayan cəhət deyəndə, elə bir komanda yoxdu onun hər bir işi qaydasında olsun. Mən hücumda və orta sahədə futbolçu çatışmazlığının olduğunu deyə bilərəm. Hər hansı bir mövqedə 100% olmasa da, çatışmazlıqlar var. Birinci dövrədə biz komanda yığırdıq, indi isə bir bir neçə mövqeyə futbolçu almaq istəyirik.
– Çatışmayan cəhət deyəndə, elə bir komanda yoxdu onun hər bir işi qaydasında olsun. Mən hücumda və orta sahədə futbolçu çatışmazlığının olduğunu deyə bilərəm. Hər hansı bir mövqedə 100% olmasa da, çatışmazlıqlar var. Birinci dövrədə biz komanda yığırdıq, indi isə bir bir neçə mövqeyə futbolçu almaq istəyirik.
– Artıq bir neçə gündü Bakıdasız. Komanda hazırda necə təsir bağışlayır?
– Hazırlığa bir-iki gündü başlamışıq. Futbolçular pis təsir bağışlamırlar, məşq zamanı verilən tapşırıqları yerinə yetirirlər. İndi seleksiya işləri ilə məşğuluq. Hazırda futbolçular əvvəlkindən 2 dəfə çoxdu.
– Komandadan kimlər göndəriləcək?
– Göndərilənlər heyətə nadir hallarda düşən futbolçulardı. Onlar yeni komandada daha çox şans qazanmaq üçün ayrılmaq istədiklərini bildirdilər. Belə olan halda həmin futbolçulara hörmət artır. İndi onların yerini doldurmaq üçün bir neçə futbolçu dəvət etmişik.
– Əsasən, hansı mövqelərin gücləndirilməsinə ehtiyac var?
– Hər bir mövqeyə oyunçu lazımdı. Lakin bəzi mövqelərə daha çox tələb olunur. Komandada nə qədər çox futbolçu olsa, rəqabət də güclü olar. Qapıçı mövqeyini də yaddan çıxarmaq olmaz. Emil Balayev icarə əsasında bizdə oynayır. O, qış toplanışında "Neftçi"də olacaq. Daha sonra Balayevin yenidən bizim komandaya qayıtması gözlənilir.
– Hazırda düşərgəyə dəvət olunan futbolçular arasında legionerlər də var?
– Biz əsasən yerli futbolçulara üstünlük veririk. Əgər yerli futbolçu tapa bilməsək, bu başqa məsələ.
– Müdafiəçiniz Mikayıl Rəhimov Türkiyədə müayinə edilir. Vəziyyəti necədi?
– Mikayıl diz nahiyyəsində problem olduğu üçün Türkiyəyə gedib. Lakin onun bu ağrıları əməliyyatlıq deyil. Bir müddət müalicə edildikdən sonra əvvəlki vəziyyətinə qayıdacaq. İnanıram ki, daha sonra gücü əvvəlkindən 2 dəfə artıq olacaq.
– Sonda Şahin Diniyevin "Rəvan"dan, Nazim Süleymanovun "Neftçi"dən ayrılmasna münasibətinizi bilmək istərdik…
– Məşqçinin bu postdan getməsini mən xoşlamamışam. Çünki bu vəziyyəti özüm də yaşamışam. Necə olduğunu, niyə getdiklərini bilmirəm, amma bu, məni təəssüfləndirir. Demək istəyirəm ki, Azərbaycan məşqçiləri də işləməyi bacarır. Sadəcə, onların işləməsi üçün vaxt və şans lazımdı.
RÖVŞƏN ƏHLİMANOĞLU





