Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 26-cı beynəlxalq turnirdə 1996-97-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığması bu gün növbəti matçına çıxıb. Futbolinof.az xəbər verir ki, yığmamız bu gün Latviya ilə qarşılaşıb.
 
Qeyd edək ki, bu cütün qalibi turniri 13-cü yerdə başa vurmaq uğrunda oyunda iştirak edəcəkdi. Məğlub komanda isə son oyunda 15-ci yer uğrunda mübarizə aparacaqdı. Futbolçularımız qarşılaşmaya pis başlasa da, erkən qolun əvəzini ikinci hissədə çıxa biliblər. 90 dəqiqədə başqa qol olmayınca, qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. Daha dəqiq oynayan yığmamız qələbə qazanıb.
 
Xatırladaq ki, yığmamız qrup mərhələsi çərçivəsindəki ilk oyununda Yunanıstanla sülh bağlasa da (1:1), ardından Çexiya (0:2) və Yaponiyaya (1:4) məğlub olmuşdu.
 
Valentin Qranatkinin xatirə turniri
9 yanvar
 
Azərbaycan – Latviya – 1:1 (penaltilərlə – 3:0)
 
Oyun başladı
16-cı dəqiqədə latviyalılar hesabı açırlar – 0:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
76-cı dəqiqədə yığmamız hesabı bərabərləşdirir – 1:1
Matçın əsas vaxtı başa çatdı
Penalti seriyasında yığmamız daha dəqiq oynayaraq 3:0 hesablı üstünlük qazanır. Nəticədə, bütövlükdə 4:1 hesabıyla qalib gələn yığmamız 13-cü yer uğrunda mübarizə aparmaq hüququ qazanıb
Shares: