“Real” (Madrid) rəhbərliyi nəhayət ki, ulduz futbolçusu Xabi Alonsonun müqavilə müddətini rəsmən uzadıb. Xəbəri oyunçunun özü “tvitter” hesabından təsdiqləyib.
Futbolinfo.az xəbər verir ki, Alonso “Kral Klubu” ilə bu ilin iyununda bitməli olduğu sözləşməni 2016-cı ilə qədər uzadıb. Daha əvvəl İspaniya və İngiltərə mətbuatında yayılan xəbərlərdə Alonsonun “Real”dan ayrılaraq İngiltərə premier-liqasına dönəcəyini yazsa da, 32 yaşlı yarımmüdafiəçi “Santyaqo Bernabeu”da qalmağı seçib.
Alonso "daha iki il evimdə qalacağım üçün çox xoşbəxtəm" deyərək hisslərini bölüşüb.
2009-cu ildə “Liverpul”dan transfer edilən futbolçu ispan nəhəngində 200-dən çox oyuna çıxıb.





