AFFA AZAL-ın yeni idman direktorunu təyin edib. Bu barədə futbolinfo.az saytına klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov məlumat verib.
Klub rəsmisi idman direktoru vəzifəsinə David Villardın təyin olunduğunu bildirib: "Bu gün AFFA kluba yeni idman direktoru təyin edib. Klubun vitse-prezidenti Fikrət Hüseynov və David Villard baş katib Elxan Məmmədovun qəbulunda olub. Uzun müzakirələrdən sonra bu qərar qəbul edilib. Villardın əvvəlcə çalışdığı əvəzedicilərdən ibarət yığmamızda isə Zaur Seyidov başçılıq edəcək".





