Məşhur holland məşqçi Qus Hiddink Cənubi Koreya yığması ilə anlaşıb. Futbolinfo.az xəbər verir ki, ötən mövsüm bitdikdən sonra “Anji”dən ayrılan mütəxəssis sözügedən yığmanın məşqçilər korpusunda çalışacaq.
 
Bu barədə Asiya təmsilçisinin baş məşqçisi Hon Men-Bo açıqlama verib. Onun sözlərinə görə, Hiddink futbolçuların DÇ-2014-ə köklənmələri üçün vəzifəyə gətiriləcək. O, burada daha çox məsləhətçi kimi işləyəcək.
 
Xatırladaq ki, Qus 2001-2002-ci illərdə Cənubi Koreya yığmasının baş məşqçisi olub və 12 il öncə keçirilmiş mundialda Cənubi Koreyaya 4-cü yeri qazandırıb.
Shares: