“Qalatasaray”ın baş məşqçisi Roberto Mançini ilə bağlı İtaliya mətbuatında yayılan xəbər gündəmə oturub. Futbolinfo.az xəbər verir ki, “Fottball İtalia” nəşri çalışdırıcıının transferlər və verilən sözlərin yerinə yetirilməməsi ucbatından istefa verəcəyi vurğulanıb.
 
Eyni zamanda onun “Tottenhem”ə keçə biləcəyi də qeyd edilib.
 
Lakin Mançini gün ərzində yayılan xəbərlərə Türkiyə mətbuatı vasitəsilə münasibət bildirməkdə gecikməyib: İtaliyadakı xəbərlər gerçəyi əks etdirmir. Mübarizə apardığımız hər üç turnirdə kubok arzulayırıq. Mən “Qalatasaray”da xoşbəxtəm. Vəzifəmin başındayam”.
 
Xatırladaq ki, Mançini cari mövsümün gedişində Fatih Terimin əvəzinə “Qalatasaray”a gətirilib.
Shares: