“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Sadio Tounkaranın futbolinfo.az saytına müsahibəsi
– Qış fasiləsindən istifadə edib, ailə həyatı qurdunuz. Əvvəlcə bu münasibətlə sizi təbrik edirik…
– Çox sağ olun, təşəkkür edirəm.
– Artıq komandanın düşərgəsinə qoşulmusuz?
– Bəli, dünəndən komandamın düşərgəsindəyəm. Məşqlərə başlamışam.
– Bəli, dünəndən komandamın düşərgəsindəyəm. Məşqlərə başlamışam.
– Məşqlərə gec qoşulmağınız sizə problem yaratmayacaq?
– Toyum olduğu üçün bir az gec gəldim. Düşünürəm ki, hardasa bəzi proseslərdən qaldım. Məşqlərdə olmadım. Amma hamısını düzəltməyə çalışacam.
– Mustafa Dənizli ilə görüşdüz?
– Görüşdük.
– Sizə nə dedi?
– Ona gəldiyimi bildirdim. Başqa heç bir danışığımız olmadı.
– "Xəzər Lənkəran"ın yeni transferlərindən xəbəriniz var?
– Əlbəttə. Onların hər ikisini (Orxan Əliyevlə Slavik Alxasovu nəzərdə tutur – red.) gördüm. Düşünürəm ki, “Xəzər Lənkəran”a kömək edəcəklər. Hər ikisi yaxşı futbolçudu.
– Çempionatın ilk yarısını komandanız üçün bərbad saymaq olar?
– Razıyam. Çox pis mövqedə qərarlaşmışıq. Heç də yaxşı günlər keçirdiyimizi demək olmaz. Komandamızın adına layiq yerlərə gələ bilmədik.
– Bəs ikinci yarıda bu vıziyyətdən çıxa biləcəksiz?
– Hamımız bunun üçün çalışmalıyıq. Bütün komanda təlim-məşq toplanışından yaxşı istifadə edib vəziyyəti düzəltməlidi.
ELSEVƏR





