“Monako”nun təcrübəli müdafiçisi Erik Abidal “Barselona”da forma geyən sabiq komanda yoldaşı Viktor Valdesi öz yanına dəvət edib. Futbolinfo.az xəbər verir ki, fransalı mövsümün sonunda “Nou Kamp”dan ayrılmağa hazırlaşan qolkiperlə yenidən bir arada çıxış etmək istədiyini bildirib:
"Barselona” ilə daim maraqlanıram. Keçmiş baş məqşçim Tito Vilanova üçün hər gün dua edirəm. Necə çətinliklər çəkdiyini çox yaxşı bilirəm. Orada yenidən bir arada oynamaq istədiyim oyunçular var. Valdesi “Monako” formasıyla görməyi çox istəyərəm".





