"Yuventus" mövümün sonunda heyətini yeni mərkəz müdafiəçisi ilə gücləndirəcək. Futbolinfo.az xəbər verir ki, Turin təmsilçisinin hədəfindəki futbolçu "Mançester Yunayted"in üzvü Nemanya Vidiçdi.
Təcrübəli oyunçunun "qırmızı şeytanlar"la müqaviləsi yayda bitir. "Sport Italia"nın verdiyi xəbərə görə, klub rəhbərliyi ona yeni anlaşma təklif etməyəcək.
Məlumatda bildirilir ki, "qoca sinyora" 32 yaşlı serblə 3 illik müqavilə bağlamaq niyyətindi





