"Rəvan" qış fasiləsindən yararlanaraq hazırlıqlarını Türkiyədə davam etdirir. Futbolinfo.az xəbər verir ki, Bayıl təmsilcisi gündə 2 dəfə olmaqla məşq edir.
Səhər məşqləri əsasən fiziki, axşam çalışmaları isə taktiki-texniki yöndə olur. Bu gün yerli vaxtla günorta saatlarında isə komandanın düşərgəsinə tanınmış bir sima təşrif buyurub. Türkiyə millisinin sabiq baş məşqçisi, tanınmış mütəxəssis Abdulla Avcı tanışları ilə birgə komandanı ziyarət edib. Baş məşqçi Güvənc Kurtarla çox yaxın dost olan Abdulla idarə heyəti və məşqçilərlə təxminən 1 saat ərzində fikir mübadiləsi aparıb. Görüşdə şəkilmiş xatirə şəkili sizə təqdim edirik.





