“Xəzər Lənkəran”ın müdafiəçisi Alvaro Silvanın futbolinfo.az saytına müsahibəsi
– Marko Kırdəmir “Xəzər Lənkəran”ın ona borcu olduğunu bildirib. O, sizin menecerinizdi. Amma sizin transferinizə görə klub rəhbərliyindən almalı olduğu pulun hələ də verilmədiyini iddia edir…
– Birinci onu demək istəyirəm ki, mən klub tərəfindən danışmağa məcbur edilməmişəm. Belə bir şey ola bilməz. O ki qaldı Kırdəmirin məsələsinə, o, mənim menecerim deyil. Sadəcə olaraq, “Xəzər Lənkəran”a keçə biləcəyimi mənə deyib. Müqaviləmdə də belə bir bənd yoxdu ki, klub ona pul ödəməlidi. Mənim onunla şihafi söhbətim olub. Bu kluba keçdiyim üçün ona pul verirəm. Amma bunun kluba dəxli yoxdu.
– Belə çıxır ki, ona klubun yox, sizin borcunuz var?
– Yox, o, məndən deyil, klubdan pul istəyir. Mən onsuz da Kırdəmirə pul verirəm. Bu pulu tədricən ödəyirəm. Müqavilədə onun dediyi kimi bir bənd yoxdu. Mən bu məsələyə nöqtə qoymaq istəyirəm. Futbolumu oynamalıyam, belə məsələrlə başımı qatmaq fikrim yoxdu. Mən “Xəzər Lənkəran”a məxsusam.
– İlk dəfə “Xəzər Lənkəran”ın düşərgəsinə Marko Kırdəmirlə gəlmisiz?
– Bəli, onda keçidim alınmadı və geri döndük.
– Bəs ikinci dəfə niyə onunla gəlmədiz?
– İkinci dəfə gələndə tək gəlmişəm. O, mənə klubu məsləhət gördüyü üçün ona pul ödəyirəm. Mən həqiqətləri danışıram.
– Kırdəmirlə əlqaləriniz var?
– Əlbəttə, onunla münasibətim var. Türkiyədə görüşmüşük.
– O, Toni Doblasla sizi bu kluba gətirdiyini deyir…
– Yox, mən bildiyimə görə, Doblası başqası gətirib.
– "Xəzər Lənkəran"a Karles Bakesin dövründə gəlmisiz. Onun da rolu olubmu?
– O, sadəcə oyunumu bəyənib və komandaya götürüb.
– Əgər Kırdəmirlə əlaqəniz varsa, nə üçün demirsiz ki, klubun sizə borcu yoxdu?
– Mən onunla bu barədə danışmışam. O, fikrindən dönmür. Mənə də deyib ki, klubun mənə borcu var. Mənim xəbərim olmadığı söhbətlər varsa, bu barədə heç nə deyə bilmərəm. Amma müqavilədə belə bir maddə yoxdu.
– Bəs, o necə sizin menecerinizdi ki, karyeranıza problem yaradır?
– O, mənim menecerim deyil. Sadəcə, “Xəzər Lənkəran”ı mənə məsləhət görüb.
ELSEVƏR, ANTALYA





